23 oktyabr 2023 10:19
317

Misli Premyer Liqasında mövsümün məhsuldarlıq rekordu qeydə alınıb

Misli Premyer Liqasında mövsümün ikinci dövrəsinin startı məhsuldarlıqla əlamətdar olub.

“İki sahil” xəbər verir ki, IX turda ümumilikdə 19 qol vurulub.

Bu isə 2023/2024 mövsümünün rekordudur. Orta məhsuldarlıq 3,8-ə bərabərdir.

Bu turda "Neftçi" "Səbail"i (4:2), "Sabah" "Sumqayıt"ı (3:1), "Araz-Naxçıvan" "Qəbələ"ni (4:1) məğlub edib. "Turan-Tovuz" - "Qarabağ" (2:2) və "Kəpəz" - "Zirə" (0:0) görüşlərində qalib müəyyənləşməyib.

Daha əvvəl ən çox qol I turda (15 qol) vurulub. Həmin vaxt orta məhsuldarlıq 3-ə bərabər olub.