23 oktyabr 2023 09:29
349

“Bayer” “Qarabağ” azarkeşlərinə 1200 yer ayırıb

Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda keçiriləcək “Bayer” (Almaniya) - “Qarabağ” matçında Azərbaycan komandasını dəstəkləmək istəyən azarkeşlər üçün 1200 bilet ayrılıb.

“İki sahil” xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.

Həmin biletlər oyun günü - oktyabrın 26-da yerli vaxtla 18:00-dan etibarən “BayArena” stadionunda SG1 və SG3 sektorlarının qarşısında satılacaq. Biletin qiyməti 15 avrodur.

Bilet almağa gələrkən özünüzlə şəxsiyyəti təsdiq edən sənəd götürməyiniz tələb olunur.