23 oktyabr 2023 01:31
357

“Monako” liderliyini qorudu

Fransa Liqa 1-də 9-cu turuna yekun vurulub.

“İki sahil” xəbər verir ki, son gündə daha 6 görüş baş tutub.

“Tuluza” - “Reyms” matçı he-heçə bitib. “Loryan” “Renn”i, “Lill” “Brest”i, “Nant” “Monpelye”ni, “Monako” “Mets”i məğlub yola salıb. Lion “Olimpik”i də “Klermon”a uduzub.

Hazırda 20 xala malik “Monako” vahid liderdir. “Nitsa” 19 xalla ikinci, PSJ 18 xalla üçüncü pillədə qərarlaşıb.

Fransa Liqa 1
9-cu tur
20 oktyabr

Havr – Lans 0:0

21 oktyabr

PSJ – Strasburq 3:0
Qollar: Mbappe, 10-pen. Soler, 31. F.Ruis, 77.

Nitsa – Olimpik (Marsel) 1:0
Qol: Gessand, 79.

22 oktyabr

Loryan – Renn 2:1
Qollar: Omari, 4-öz qapısına. Ture, 45+1 – Blas, 21.

Lill – Brest 1:0
Qol: Y.Yazıcı, 6.

Nant – Monpelye 2:0
Qollar: Molle, 44. Bamba, 74.

Tuluza – Reyms 1:1
Qollar: Dallinq, 51 – Riçardson, 48.

Monako – Mets 2:1
Qollar: Qolovin, 42; 55 – Kamara, 4.

Olimpik (Lion) – Klermon 1:2
Qollar: Ojye, 52-öz qapısına – Çam, 10. Maqnin, 35.