22 oktyabr 2023 23:40
354

İlk dəfə Qazaxıstan çempionu oldular

Qazxıstan Premyer Liqasında mövsümün qalibi bəlli olub.

“İki sahil” xəbər verir ki, "Ordabaşı" çempionatın sonuna bir tur qalmış çempionluğunu təmin edib.

25-ci turda evdə "Şaxtyor"a 3:1 hesabı ilə qalib gələn komanda xallarını 58-ə çatdırıb. İkinci pillədə olan "Astana"nın 52 xalı var.

"Ordabaşı" tarixi ərzində ilk dəfə Qazaxıstan çempionu olub.