Bu gün Misli Premyer Liqasında 10-cu turu çərçivəsində "Qəbələ" "Araz-Naxçıvan"ı qəbul edib.
“İki sahil” xəbər verir ki, turun son qarşılaşmasında hesabı naxçıvanlılar açıb. 28-ci dəqiqədə İlkin Qırtımovun birbaşa qırmızı vərəqə alaraq "Qəbələ"nı azlıqda qoyduğu oyunun 32-ci dəqiqəsində cərimə zərbəsini dəqiq yerinə yetirən Turan Manafov fərqlənib.
37-ci dəqiqədə isə qapıçıdan qayıdan topu tora göndərən Samuel Tetteh Meydan sahiblərinin bərabərlik qolunu vurub.
Matçın 45-ci dəqiqəsində fərqlənən Muhammed Kadiri yenidən "Araz-Naxçıvan"ı yenidən hesabda önə çıxarıb.
59-cu dəqiqədə Osama Xalayla ikinci sarı vərəqə alaraq meydandan qovulub.
69-cu dəqiqədə Elvis Maşikenin naxçıvanlıların üstünlüyünü iki topa çatdırdığı oyunun 71-ci dəqiqəsində Miço Kuzmanoviç fərqi üç topa çatdırıb.
Qeyd edək ki, turun digər oyunları 20-21 oktyabr tarixlərində keçirilib.
Misli Premyer Liqası,
10-cu tur
22 oktyabr (bazar)
16:30. “Qəbələ” 1–4 “Araz-Naxçıvan”
Qollar: Turan Manafov, 32 (0:1), Samuel Tetteh, 37 (1:1), Muhammed Kadiri, 45 (1:2), Elvis Maşike, 69 (1:3), Miço Kuzmanoviç, 71 (1:4)
Qırmızı vərəqələr: İlkin Qırtımov, 28-birbaşa qırmızı vərəqə, ("Qəbələ"), Osama Xalayla, 59-ikinci sarı vərəqə ("Qəbələ")
Hakimlər: Tural Qurbanov, Elşad Abdullayev, Vüsal Məmmədov, Əli Əliyev
Qəbələ şəhər stadionu