22 oktyabr 2023 13:41
605

Azərbaycanın minifutbol komandası Avropa çempionu olub

Antalyada keçirilən Avropa Minifutbol Federasiyasının “Euro Business Cup” şirkətlər turnirində ölkəmizi təmsil edən komanda Avropa çempionu olub.

“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan Minifutbol Federasiyasının prezidenti Orxan Məmmədov “X” sosial şəbəkə platformasında məlumat paylaşıb.

“Azersun” şirkətinin komandası finalda Rumınıyanın “Dedeman Oradea” kollektivinə 4:0 hesabıyla qalib gələrək Avropa çempionu olub. Təbrik edirik!”, - deyə Orxan Məmmədov qeyd edib.