22 oktyabr 2023 03:03
329

İtaliya A Seriyası: Qonaqlar qələbə qazandı

İtaliya A Seriyasında 9-cu tura start verilib.

“İki sahil” xəbər verir ki, ilk gündə 3 görüş keçirilib.

“Napoli” səfərdə “Verona”ya, “Latsio” isə “Sassuolo”ya qalib gəlib. “İnter” də “Torino”nu böyük hesabla məğlub edib.

İtaliya A Seriyası,

9-cu tur

21 oktyabr

"Verona" 1–3 "Napoli"

Qollar: Lazoviç, 60 – Politano, 27. Kvaratsxeliya, 43; 55.

"Torino" 0–3 "İnter"

Qollar: Türam, 59. L.Martines, 67. H.Çalhanoğlu, 90+5-pen.

"Sassuolo" 0–2 "Latsio"

Qollar: F.Anderson, 28. L.Alberto, 35.