Misli Premyer Liqasının 10-cu turu çərçivəsində “Sumqayıt” “Sabah”ın qonağı olub.
“İki sahil” xəbər verir ki, oyunun 9-cu dəqiqəsində “Sumqayıt”ın futbolçusu Suliman hesabı açıb.
Qarşılaşmanın 54-cü dəqiqəsində “Sabah”ın futbolçusu Con İrasabal hesabı bərabərləşdirib. 81-ci dəqiqədə Namik Ələskərov meydan sahiblərini hesabda önə çıxarsa da 90+6-cı dəqiqədə fərqlənən Davit Volkov “Sabah”ın üçüncü qolunu vuraraq matçda son nöqtəni qoyub.
Misli Premyer Liqası,
10-cu tur
21 oktyabr (şənbə)
18:00. “Sabah” 3–1 “Sumqayıt”
Qollar: Suliman, 9 (0:1), Con İrasabal, 54 (1:1), Namik Ələskərov, 81 (2:1), Davit Volkov, 90+6 (3:1)
Hakimlər: Nicat İsmayıllı, Namiq Hüseynov, Şirmamed Mamedov, Kamal Umudlu
“Bank Respublika Arena”