21 oktyabr 2023 19:29
334

Avropa Kuboku: "Kür" mübarizəni dayandırıb

Kişi həndbolçulardan ibarət "Kür" komandası Avropa Kubokunda mübarizəni dayandırıb.

“İki sahil” xəbər verir ki, Azərbaycan təmsilçisi 1/32 final mərhələsinin cavab matçında Xorvatiyanın "Sesvete" klubu ilə üz-üzə gəlib.

"Kür" Olimpiya Tədris-İdman Mərkəzində keçirilən qarşılaşma qonaqların qələbəsi ilə bitib - 34:24.

Bir həftə əvvəl Xorvatiyada gerçəkləşən ilk görüşdə rəqib 30:15 hesabı ilə qalib gəlib.

Beləliklə, "Sesvete" növbəti raunda vəsiqə qazanıb.