21 oktyabr 2023 17:17
310

“Kəpəz” - “Zirə” matçı qolsuz bitdi

Misli Premyer Liqasının 10-cu turu çərçivəsində “Kəpəz” “Zirə”ni qəbul edib.

“İki sahil” xəbər verir ki, Tovuz şəhər stadionunda keçirilən oyunda qapılara qol vurulmayıb.

Misli Premyer Liqası,

10-cu tur

21 oktyabr (şənbə)

15:00. “Kəpəz” 0–0 “Zirə”

Hakimlər: Rauf Allahverdiyev, Kamran Bayramov, Eyyub İbrahimov, Kamran Əliyev

Tovuz şəhər stadionu