21 oktyabr 2023 14:52
316

MPL: Tovuzda mövsümün rekordu qeydə alınıb

Misli Premyer Liqasında mövsümün rekordu qeydə alınıb.

“İki sahil” Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu, II dövrənin Tovuzda keçirilən açılış matçında gerçəkləşib.

X turun “Turan Tovuz”la “Qarabağ” arasında oyununu 6000 tamaşaçı izləyib.

Bu, 2023/2024 mövsümünün yeni rekordudur. Əvvəlki ən yüksək göstərici IX turun “Neftçi” – “Qarabağ” qarşılaşmasına (0:2) məxsus idi. Gəmin oyunu 5400 azarkeş izləyib.

Qeyd edək ki, “Turan Tovuz” – “Qarabağ” görüşü 2:2 hesabı ilə başa çatıb.