21 oktyabr 2023 11:31
302

Azərbaycanda Dünya Kuboku keçirilə bilər

Azərbaycan 2024-cü ildə atıcılıq üzrə Dünya Kuboku mərhələsinə ev sahibliyi edə bilər.

“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan Atıcılıq Federasiyasının baş katibi Emin Cəfərov Bakıda keçirilən Avropa Atıcılıq Konfederasiyasının 29-cu Baş Assambleyası zamanı jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, turnirin may ayında keçirilməsi nəzərdə tutulur: “Təbii ki, bu da böyük yarış hesab edilir. Lakin gələcək illərdə ölkəmizdə atıcılıq üzrə Avropa çempionatının keçirilməsi də planlaşdırılır”.

Bakıda keçirilən Avropa Atıcılıq Konfederasiyasının 29-cu Baş Assambleyası barədə də danışan baş katib tədbirdə bir sıra vacib məsələlərin müzakirə olunacağını vurğulayıb: “Son iki il ərzində Avropa ölkələrində atıcılıq sahəsində görülmüş işlər barədə fikir mübadiləsi aparılacaq. Həmçinin səsvermə ilə bəzi vacib qərarlar qəbul olunacaq”.

Qeyd edək ki, Bakıda Avropa Atıcılıq Konfederasiyasının 29-cu Baş Assambleyası bu gün start götürüb.