21 oktyabr 2023 09:30
328

"Zirə" "Kəpəz"ə, "Sumqayıt" "Sabah"a qarşı

Misli Premyer Liqasında 10-cu tur davam edir.

“İki sahil” xəbər verir ki, 2-ci oyun günündə 2 matç keçiriləcək. Əvvəlcə "Kəpəz" "Zirə"ni qəbul edəcək. "Zirə" qələbə qazanacağı halda yenidən liderliyi ələ alacaq. Görüş saat 15:00-da start götürəcək.

Günün dgər oyununda isə "Sumqayıt" "Sabah"ın qonağı olacaq. Bu matç saat 18:00-da başlayacaq.

Qeyd edək ki, tura sabah keçiriləcək 1 oyunla yekun vurulacaq.

Misli Premyer Liqası,

10-cu tur 

21 oktyabr (şənbə)

15:00. “Kəpəz” – “Zirə”
Hakimlər: Rauf Allahverdiyev, Kamran Bayramov, Eyyub İbrahimov, Kamran Əliyev
Tovuz şəhər stadionu

18:00. “Sabah” – “Sumqayıt”
Hakimlər: Nicat İsmayıllı, Namiq Hüseynov, Şirmamed Mamedov, Kamal Umudlu
“Bank Respublika Arena”

22 oktyabr (bazar)

16:30. “Qəbələ”– “Araz-Naxçıvan”
Hakimlər: Tural Qurbanov, Elşad Abdullayev, Vüsal Məmmədov, Əli Əliyev
Qəbələ şəhər stadionu

20 oktyabr (cümə)

“Səbail” – “Neftçi” - 2:4

“Turan Tovuz” – “Qarabağ” - 2:2