21 oktyabr 2023 08:24
466

"Qarabağ"ın futbolçusu bölgə klubuna dəstək olub

Azərbaycan millisinin və “Qarabağ” klubunun futbolçusu Bəhlul Mustafazadə doğma rayonu İmişlinin II Liqadakı təmsilçisi “Kür-Araz” komandasına yardım edib.

“İki sahil” xəbər verir ki, bu barədə İmişli klubu məlumat yayıb. 

Bəhlul Mustafazadə komandanın üzvlərinə buts və qapıçı əlcəyi hədiyyə edib.

Qeyd edək ki, Bəhlul Mustafazadənin atası Ələmdar Mustafayev “Kür-Araz”ın baş məşqçisidir.