20 oktyabr 2023 15:41
297

Mahir Emreli məşqdə zədələnib

Xorvatiyanın “Dinamo” klubunda çıxış edən azərbaycanlı futbolçu Mahir Emreli zədələnib.

"İki sahil” “24sata.hr” saytına istinadən xəbər verir ki, bunu Zaqreb təmsilçisinin baş məşqçisi Sergey Yakiroviç açıqlayıb.

O bildirib ki, 26 yaşlı hücumçu ötən gün məşqdə top uğrunda mübarizə zamanı baldırında ağrı hiss edib. Ancaq o, vəziyyətin ciddi olmadığını söyləyib: “Bu, əsasən fiziki yorğunluqla əlaqədardır. Fikrimcə, Emrelinin durumu yaxşı olacaq”.

Qeyd edək ki, “Dinamo” Xorvatiya çempionatının XII turunda oktyabrın 21-də “Qoritsa”nın qonağı olacaq.