İran hakimiyyəti iranlı rejissor, ssenarist və prodüser Daryuş Mehrcuinin və arvadı qətlində şübhəli bilinən şəxsi saxlayıb.
"İki sahil" TASS-a istinadən xəbər verir ki, şübhəli şəxs saxlanılanlar arasında olub, onun rejissorun qətlində əli olması əməliyyat-istintaq tədbirləri zamanı müəyyən edilib.
Xatırladaq ki, oktyabrın 15-də Mehrcui və həyat yoldaşı Vahidə Məhəmmədifər Tehrandan təxminən 30 km aralıda öz evlərində ölü tapılıb, cəsədləri onların qızları Mona Mehrcui aşkar edib.
Hadisə yerinə gələn kriminoloqlar rejissorun boynunda iti cismin izlərini, həmçinin başında küt əşya ilə vurulmuş zərbə izləri aşkar ediblər.
“Türkün gücü tükənməz” – Qarabağda quruculuğa Türk Dünyasının qardaşlıq imzası
Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub
Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib
“Sənət inciləri”: növbəti mühazirə-konsert Xəzər Universitetində təşkil olunub