11 oktyabr 2023 21:21
91

Ərazi bütövlüyü  və suverenliyimiz tam bərpa olunub

Azərbaycan xalqı və dövləti tarixin istənilən anında  daim qonşu dövlətlərin ərazi bütövlüyü və suverenliyini tanımış , heç bir xalqa və dövlətə qarşı ərazi iddiasında olmamış və onların suverenliyini pozacaq hərəkətə və hərəkətsizliyə yol verməmişdir.

Azərbaycan və Gürcüstan ölkələri və xalqları arasındakı dostluq, qardaşlıq əlaqələrinin güclənməsi və möhkəmlənməsi, ənənəvi görüşlər ölkələrin bir-birinə daha yaxın olması və xalqların bir-biri ilə daha da sıx dostluq etməsinə xidmət edir.

Əsrlər boyu bu iki xalqın  mehriban qonşuluq və dostluq şəraitində yaşaması bu gün də davam edir.Bu, Cənubi Qafqazın – həm ölkələrimizin , həm də bölgənin inkişafı üçün  vacib  şərtdir.

Hər iki dğvlətin dövlət başçılarının ənənələrə dayanan dostluq əlaqələrinin olması da  bu xalqları birləşdirən əsas amillərdən biridir.

Təsadüfi deyildir ki , hələ Sovet dövründə Ulu Öndər Heydər Əliyev və Eduard Şevardnadze  bir-biri  ilə  sıx təmasda idilər.Bu iki parlaq şəxsiyyətin istedad və cəsarəti sayəsində xalqların birliyi yaranmış, müstəqil Gürcüstan, müstəqil Azərbaycan inkişaf etməyə başlamışdır.Ulu Öndərə ehtiram əlməti olaraq,dünyanın bir çox ölkələrində olduğu kimi ,o cümlədən Gürcüstanda Heydər Əliyevin 100 illiyi qeyd edilir.

Bütün beynəlxalq təşkilatlarda Azərbaycan və gürcü xalqının  bu və digər maraqlarını əks etdirən məsələlərdə hər iki dövlət bir-birini dəstəkləyib. Azərbaycanın  ölkələrin ərazi bütövlüyü ilə bağlı mövqeyi birmənalıdır.Bu, beynəlxalq hüququn fundamental prinsipidir və ərazi bütövlüyünün pozulması qəbuledilməzdir. Azərbaycan və Gürcüstan hər zaman bir-birinin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyib.Hər iki ölkənin bütün görüşlərdə vurğuladığı bir məsələ var: Cənubi Qafqazda sülhün bərqərar olmasının vaxtı çatıb.

Bu gün Gürcüstanın və Azərbaycanın birlikdə və digər qonşu ölkələrlə birgə icra etdiyi layihələr böyük məna daşıyır. Güclü siyasi iradə və infrastrukturun mövcudluğunda əsas amil isə Gürcüstan-Azərbaycan dostluğu və strateji tərəfdaşlığıdır.

Bu tərəfdaşlıq fonunda demək olar ki , bütün regionun inkişafı üçün yaranmış şansı əldən vermək böyük səhv olar. Ermənistanla Azərbaycan arasında imzalanacaq sülh müqaviləsi üzərində  aparılan  fəal çalışmalar  Cənubi Qafqazda tamamilə yeni bir siyasi vəziyyət yaradacaq. Cənubi Qafqaz ölkələri əməkdaşlığa üçtərəfli formatda başlaya bilər və bir çox sahələr üzrə əməkdaşlıq çox uğurlu ola bilər, nəqliyyat, enerji təhlükəsizliyi, ticarət, qarşılıqlı sərmayə qoyuluşu və s.

Təbii ki ,bütün bunlar Azərbaycanın öz suverenliyini bərpa etməsi sayəsində mümkündür.Üç il bundan əvvəl İkinci Qarabağ müharibəsinin nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü bərpa etmiş,ötən  ay keçirilən antiterror əməliyyatları ilə  bütün ölkə üzrə suverenliyini bərpa etmişdir.

Bu gün bir neçə ölkə və eyni zamanda, bəzi beynəlxalq təşkilatlar Ermənistan və Azərbaycan arasında gedən normallaşma prosesində öz dəstəyini göstərməyə çalışırlarAncaq ən düzgün seçim həm tarixi əlaqələri, həm coğrafi amili nəzərə alaraq, əlbəttə ki, bu sahədə Gürcüstan ola bilərdi.

Gürcüstanda ictimai-siyasi sabitliyin mənbəyi Gürcüstanda yaşayan vətəndaşların hökumətə olan dəstəyidir. Bu sabitlik və hökumətin aydın gələcəyə yönəlmiş baxışları imkan verir ki, bir çox önəmli layihələr icra edilsin, imkan verir ki, həm iqtisadiyyat artsın, infrastruktur layihələri icra olunsun və insanların rifah halı ildən-ilə yaxşılaşsın. Azərbaycan Gürcüstanın yeni infrastruktur layihələrinin yaranmasında iştirakda maraqlıdır:Anakliya limanı və Kulevi limanı iki ölkə arasındakı əməkdaşlığı daha da gücləndirəcək.

Yeganə Məhərrəmova,
YAP Xətai rayon təşkilatının "General Əliağa Şıxlinski küçəsi 56/2" ünvanı üzrə ərazi partiya təşkilatının üzvü