"Azərbaycan filmi türk kino sənətinin vacib hissəsidir və inkişaf etməkdədir".
“İki sahil” xəbər verir ki, bunu mədəniyyət naziri Adil Kərimli III "Korkut Ata" Türk Dünyası Film Festivalının bağlanış və mükafatlandırma mərasimində deyib.
"Azərbaycan kinematoqrafiyasının türk kino sənətinin tərkib hissəsi olaraq, bu tərkibə qatqısı çox böyükdür. Mən inanıram ki, bütün bunların dəstəyi ilə türk filmi, türk kinematoqrafiyası dünya filmində xüsusi yerini tapacaq. Mən kino sahəsinə diqqət və qayğısına görə Bakı Media Mərkəzinin direktoru Arzu Əliyevaya təşəkkür edirəm. Biz bu diqqət və qayğını müasir Azərbaycan filminin inkişafında görürük", A.Kərimli vurğulayıb.
Nazir həmçinin növbəti "Korkut Ata" Türk Dünyası Film Festivalına ev sahibliyi edəcək Türkmənistana uğurlar arzu edib.
“Türkün gücü tükənməz” – Qarabağda quruculuğa Türk Dünyasının qardaşlıq imzası
Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub
Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib
“Sənət inciləri”: növbəti mühazirə-konsert Xəzər Universitetində təşkil olunub