28 sentyabr 2023 16:01
157

Qardaşlıq münasibətlərimizin tarixində önəmli hadisə

Müasir dünya siyasətində strateji müttəfiqlik münasibətlərinə malik dövlətlərdən ABŞ və Böyük Britaniya ,Rusiya və Belarus,Yaponiya və Cənubi Koreyanı misal göstərə bilərik. Bununla belə hətta bu dövlətlər arasında zaman- zaman müəyyən narazılıqlar, enişli-yoxuşlu münasibətlər dinamikasının şahidi olmuşuq. Bu baxımdan hazırki dövrdə Azərbaycan-Türkiyə  əlaqələri həqiqətən də, dünyada bənzəri olmayan müstəsna səviyyədədir.Bu reallığı  Naxçıvan şəhərində Azərbaycan prezidenti İlhamƏliyevlə tarixi görüşdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da səsləndirdi.

Naxçıvanda baş tutan bu görüş Azərbaycan-Türkiyəqardaşlığı salnaməsinə qızıl hərflərlə həkk olundu. Bu salnamənin ilk səhifələri keçmiş dövrlərə gedib çıxsa da,ən oxunmalı və rəngarəng hissələri məhz hazırki fəsillərdədir. Çünki,məhz bu fəsillər Türkiyə ilə Azərbaycan arasında ticari-iqtisadi ,enerjisahələrində sürətlə artan əməkdaşlığı Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TANAP kimi layihələri,İkinci Qarabağ müharibəsi dövründə vəQarabağ zəfərindən sonra TürkiyəninAzərbaycana siyasi-mənəvi dəstəyini,  müttəfiqlik haqqında Şuşa bəyannaməsini, nəhayət 2023-cü il sentyabrın 25-də baş tutan Naxçıvan görüşünü əks etdirir.

Naxçıvanda keçirilən görüşdə iki ölkə arasında bərpaolunan mənbələrdən istehsal edilən enerjinin ötürülməsi sahəsində, Türkiyənin zəlzələdən əziyyət çəkmiş Kahramanmaraş şəhərində binaların, bağçaların və ibtidai məktəblərin tikilməsi ilə bağlı sənədlər, o cümlədən Qars–Naxçıvan dəmir yolunun inşasına dair niyyət protokolunun imzalanması mühüm hadisədir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu sənədlər Türkiyə-Azərbaycan arasındakı əlaqələrin daha da inkişaf etməsinə xidmət göstərəcək.

Təxminən 100 il öncə Türkiyənin ozamanki rəhbəri Mustafa Kamal Atatürk Naxçıvan haqqında “Türk dünyasının qapısı” ifadəsini işlədib. Daha sonra 1921-ci ildə imzalanan Moskva və Qars razılaşmalarında məhz Türkiyənin səyləri ilə Naxçıvana Azərbaycan SSR-in daxilində muxtar vilayət statusu verilmiş və beləcə sovet rəhbərliyinin Naxçıvanla bağlı məkrli niyyətləri puça çıxmışdı. Həqiqətən də Naxçıvan bir qapıdırsa, Zəngəzur o qapının dəhlizidir və 1920-ci ildə Qərbi Zəngəzurun Ermənistana verilməsi ilə bu dəhliz öz funksiyasını itirmiş oldu.

Azərbaycan və Türkiyə bu dəhlizin bərpası üçün əllərindən gələni əsirgəmir. Hazırda Azərbaycanla Naxçıvan və Türkiyəni birləşdirəcək dəmir yolu xəttinin Azərbaycan hissəsi inşa edilməkdədir və gələn ilin sonuna tam hazır olacaq. Bu dəmir yolu xətti Naxçıvan-Qars xətti ilə birlikdə Orta Dəhlizin mühüm halqasına çevrilməklə Şərqlə Qərb arasında ticari-iqtisadi inteqrasiyaya böyük töhfələr verməklə yanaşı, Cənubi Qafqaz regionunun iqtisadi inkişafına da vəsilə olacaq.

Yekun olaraq qeyd etmək lazımdır ki, Türkiyə-Azərbaycan əlaqələri həndəsi silsilə ilə inkişaf etməyə davam edir və bu münasibətlər Cənubi Qafqaz regionuna sülh, sabitlik və inkişaf vəd edir.

Gülbəniz Həbibova,
Xətai rayonu, 48 nömrəli məktəbin müəllimi,
YAP Xətai rayon təşkilatının fəalı