2023-cü ilin aprelin 23-dən etibarən Azərbaycan dövlətinin Laçın –Xankəndi yolunun başlanğıcında sərhəd -buraxılış məntəqəsi yaratması Ermənistan üzərindəki qələbəmizin davamıdır. Ona görə ki, postmüharibə dövründə ən çox erməni təxribatları məhz Laçın istiqamətində törədilirdi. Lakin Prezident İlham Əliyevin qətiyyətli mövqeyi ilə Laçın –Xankəndi yolunun başlanğısında sərhəd-buraxılış məntəqəsinin qurulması həm Ermənistan və onun havadarlarını, həm də separatçıları tamamilə dalana dirədi. Belə bir yeni geosiyasi şəraitdə ölkəmizin başçısının məcburi köçkünlərin Laçın şəhərinə ilk qayıdışını reallaşdırması və oradan verdiyi bəyanatlar da Azərbaycan liderinin qətiyyətinin göstəricisi olmaqla bərabər, həm də bölgə üçün yeni yol xəritəsini çəkmiş oldu.
Eyni zamanda, "Laçın" sərhəd-buraxılış məntəqəsinin yaradılması ölkəmizin suveren hüquqları çərçivəsində atılmış legitim addımdır. Sərhədimizin toxunulmazlığının təmin olunması məsələsi ölkəmizin milli təhlükəsizliyi ilə yanaşı, qanunun aliliyinin də tələbidir. Belə ki, dövlətmizin mill maraqlarına yönəlik təhdidlərə qarşı suveren ərazimizdə sərhəd-buraxılış məntəqəsinin yaradılması beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq tam qanuni addım idi.
Bir sözlə, bu sərhəd-buraxılış məntəqəsinin açılması strateji əhəmiyyətə malikdir və yaxın gələcəkdə Qarabağda qanunsuz yerləşdirilmiş erməni silahlı birləşmələrinin çıxarılması,həmçinin separatçıların tərksilah olunması baxımından böyük əhəmiyyətə malikdir.
Təbii ki, sərhəd təhlükəsizliyimizin təmin olunması ölkəmizin milli təhlükəsizliyi ilə yanaşı, həm də beynəlxalq konvensiyların və qanunların yenidən işlək vəziyyətə gətirilməsidir. Haylar bununla anlamalıdırlar ki, hətta onları himayə edənlər belə, bu sərhəd- keçid məntəqəsindən qeyri-qanuni heç nə keçirə bilməyəcəklər.
Azərbaycan dövləti hər zaman əməkdaşlığa, o cümlədən iki dövlət arasında münasibətlərin normallaşması və inkişafına yönəlik səmərəli müzakirələrin aparılmasına açıqdır.Əgər Ermənistan həm iqtisadi, həm də siyasi cəhətdən güclənməsini və inkişaf etməsini, sivil dünyanın bir parçası olmasını istəyirsə, qonşu dövlətlərə qarşı əsassız ərazi iddialarından əl çəkməli, xarici siyasət kursunu düzgün planlaşdırmalı, konstruktiv danışıqlara yaşıl işıq yandırmalıdır.Bunun üçün Ermənistan ölkəmizlə sülh razılaşmasının əldə olunmasında istəkli və qərarlı olduğunu açıq şəkildə nümayiş etdirməli, regionda qalıcı sülhün yaradılması üçün ilk növbədə həlli zəruri məsələləri icra etməlidir.Bunlardan ən başlıcası isə qarşılıqlı olaraq ölkəmizin ərazi bütövlüyü və suverenliyini tanımalı, iki ölkə arasında sərhədlərin demarkasiya və delimitasiya olunmasına razılıq verməlidir.
Ən mühüm məsələ isə odur ki, "Laçın" sərhəd-keçid məntəqəsinin qurulması Ermənistandan Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə,silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınmasını maksimum şəkildə məhdudlaşdıracaq .Bu isə Rusiya sülhməramlı kontingentinin müvəqqəti nəzarətində olan ərazidə hələ də qalmaqda olan 10 minə yaxın erməni silahlısının Azərbaycana qarşı müqavimət potensialını zəiflədəcək. Nəticə etibarı ilə ərazilərimizin qanunsuz silahlılardan təmizlənməzi prosesini sürətləndirəcək.
Bir sözlə, "Laçın" sərhəd keçid məntəqəsinin qurulması milli mənfeyimizi qorumağa hesablanmış ciddi hadisədir. Məhz bunu Şuşa Zəfərindən sonra əldə edilmiş ən böyük və əhəmiyyətli hərbi siyasi qələbədir.
İsmayıl İbrahimov,
YAP Hacıqabul rayon təşkilatının sədri
Azərbaycan “Geoiqtisadi sabitlik dəhlizi”: Özbəkistanla 1 milyardlıq ticarət hədəfi biznes üçün yeni üfüqlər açır
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva paytaxt Daşkənddən Buxaraya gəliblər - VİDEO