Radikallar dövlətin strateji addımlarını öz adlarına çıxırlar
Hamıya yaxşı məlumdur ki, AXCP sədri Əli Kərimli, ReAl Partiyasının sədri İlqar Məmmədov, mühacir jurnalist Əfqan Muxtarlı və digər ermənipərəst ünsürlər Azərbaycana qarşı təxribatların hazırlanmasında canla-başla iştirak edirlər. Paxırlarının üstü açıldıqda isə bu işlərdən xəbərsiz olduqlarını sübut etməyə çalışırlar. Amma həqiqətlər hər şeyi təsdiq edir. Bu gün Ə.Kərimli, İ.Məmmədov, eləcə də onların ətrafında birləşən 5-6 nəfər də yaxşı bilirlər ki, tarixdə yalnız vətən xainləri kimi tanınacaqlar.
Bu gün ölkəmizin adına ləkə gətirən həmin ünsürlərin ermənilərə yaltaqlanmalarının səbəbləri pul qazanmaq, stabilliyi pozaraq hakimiyyəti ələ keçirməkdir. Həmin xəyanətkarlar yadda saxlamalıdırlar ki, ermənilərin saxta səmimiyyətinə inanmaq olmaz və bunu tarix özü də təsdiq edib. Xidmət etdikləri xarici təşkilatlar tərəfindən ayrılan qrantlar üstündə didişərək bir-birinə ittihamlar yağdıran bu üzdəniraqlar cəmiyyətdə heç vaxt hörmət qazana bilməyəcəklər. Bunu özləri də yaxşı bilirlər.
Yalanları, şəxsi ambisiyalarını reallaşdırmaq cəhdləri, şər və böhtanları ətraflarında olan 5-6 nəfər tör-töküntünün də onlardan uzaqlaşmasına gətirib çıxarıb. Belə getsə AXCP adlanan amorf təşkilatda Əli Kərimli və özü kimi fırıldaqçı olan oğlu Türkel Kərimlidən başqa heç kim qalmayacaq. ReAL adlanan şər yuvasında isə yalnız İlqar Məmmədov kimi bədxah qalacaq.
Radikallar AXCP sədri Ə.Kərimli və ReAl-ın Partiyasının sədri İ.Məmmədov dövlətin strateji addımlarını öz adlarına çıxırlar. Ə.Kərimli sosial şəbəkədə növbəti səhvə yol verib. O, qeyd edib: “Ağdam yolu ilə Xankəndiyə ərzaq göndərməyi biz demişdik, hökumət də bunu etdi.”
İ.Məmmədov da Ə.Kərimlidən geri qalmamaq üçün bu mövzuda status paylaşaraq bildirib: “ReAl Partiyası olaraq təklif etdik ki, bu tərəfdən də Ağdam-Xankəndi yoluna yük maşınlarını biz düzək, onların yolunu kimin kəsdiyini görək və göstərək. Dediyimizdən həftələr keçdi, nəhayət bu gün Azərbaycan bu istiqamətdə addım atdı.”
Maraqlıdır, bəs görəsən belə əsassız iddialar nə vaxtadək davam edəcək? Guya Ə.Kərimli və İ.Məmmədov bu fikirləri qeyd etməsəydilər, dövlət bunu etməyəcəkdimi? Azərbaycan hökuməti heç vaxt onların sözü ilə hansısa işi yerinə yetirməyib. Dövlətin şəxsi mənafeyi, gücü, qüdrəti və siyasəti var. Kimlərinsə əsassız uydumaları dövlətin işinə əlbəttə ki, kölgə sala bilməz. Bu üzdəniraqlar bir dəfə də olsun ermənilərin saxta siyasətini, bədnam qonşularımızın ağır vəziyyətdə olduqlarını, Paşinyanın yalnış siyasətini tənqid ediblərmi? Təəssüf ki, yox.
Mühacir jurnalist Əfqan Muxtarlı isə həyasız dostları kimi gic-gici fikirlər qeyd etməkdə davam edir. O, karikaturaçı Gündüzün çəkdiyi şəkilə münasibət bildirib. Onun baxış sayı olmayan təsvirlərini tərifləyib. Maraqlıdır, bu karikaturalara görəsən Azərbaycanda 5-6 üzdəniraq ünsürdən başqa baxan varmı? Təbii ki, yoxdur.
Yaxşı olar ki, Gündüz adlı bu üzdəniraq karikaturaçı Azərbaycan müxalifətinin Ermənistanın hazırki acınacaqlı durumunu təsvir edib lağa qoysun. O zaman bu karikaturalara çox adam baxacaq.
Cavid Əkbərov, “İki sahil”
Real hədəflər və zəngin layihələr: İrəliləmək üçün çox dəqiq fəaliyyət planı var
Azərbaycan “Geoiqtisadi sabitlik dəhlizi”: Özbəkistanla 1 milyardlıq ticarət hədəfi biznes üçün yeni üfüqlər açır
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva paytaxt Daşkənddən Buxaraya gəliblər - VİDEO