30 avqust 2023 17:04
353

Hər bir Azərbaycan gənci öz həyat yolunu müstəqil Azərbaycanın  gələcək yolu kimi qəbul etməlidir

Ümummilli Lider Heydər Əliyev bu çağırışı etmişdir: "Azərbaycanın genofondu gənclərdir. Biz onları hərtərəfli qorumalıyıq.» Bu mühüm çağırış da səsləndirilən fikirlər arasında xüsusi yer tuturdu ki, hər bir Azərbaycan gənci öz həyat yolunu müstəqil Azərbaycan Respublikasının gələcək yolu kimi qəbul etməlidir." 

Bu gün böyük inam hissi ilə qeyd edirik ki,  ölkəmizdə gənclər siyasəti  dövlət siyasətinin mühüm tərkib hissəsidir. Respublikada dövlət gənclər siyasətinin formalaşdırılması  ümummilli lider Heydər Əiyevin adı ilə bağlıdır.  Müstəqil Azərbaycan dövlətinin qurucusu Ulu Öndər Heydər Əliyev gəncləri Azərbaycanın gələcəyi kimi dəyərləndirərək  bildirirdi ki,  cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə  öyrətməyimizdən asılı olacaq. Bu diqqət və qayğının nəticəsidir ki, hazırda   Azərbaycan gəncliyi  ictimai həyatın bütün sferalarında  aktiv fəaliyyəti ilə seçilir, cəmiyyətin avanqard qüvvəsinə çevrilib. Təbii ki, dövlət gənclər siyasəti dedikdə də  gənclərin öz bilik və bacarıqlarını ortaya qoymaları,  cəmiyyətdə layiqli yer tutmaları üçün dövlət tərəfindən  həyata keçirilən tədbirlər sistemi nəzərdə tutulur. «Gənclər siyasəti haqqında» qanunda da bu məqsədlər  öz əksini tapıb.

Ulu Öndər Heydər Əliyevin hakimiyyətinin hər iki dövrü dövlətə, xalqa xidmət nümunəsidir. Ümummilli Lider gəncləri gələcəyimiz kimi dəyərləndirərək onlara böyük diqqət və qayğı göstərirdi. 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra gənclərə diqqəti dövlət siyasətinin əsas tərkib hissəsinə çevrildi. Bu fakt da inkaredilməzdir ki,  Azərbaycan dövlətinin gənclər siyasətinin formalaşmasında  Ulu Öndərin təşəbbüsü və iştirakı ilə keçirilən  gənclərin I Forumu xüsusi rol oynadı.  1996-cı il fevralın 2-də keçirilən bu  forum dahi şəxsiyyət Heydər Əliyevin gəncliklə bağlı strategiyasının ilk təntənəsi kimi dəyərləndirildi. 1997-ci ildə isə Ümummilli Liderin Sərəncamı əsasında I Forumun keçirildiyi tarix- 2 fevral   Azərbaycanda Gənclər Günü  elan edildi. 

Son 20 ilə yaxın dövrdə Heydər Əliyev siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi digər istiqamətlər kimi, bu sahədə də özünü qabarıq şəkildə büruzə verir. Bu müddət ərzində imzalanan Fərman və sərəncamlara diqqət yetirmək kifayətdir. Cənab İlham Əliyevin Sərəncamları əsasında 2007-ci ilin «Gənclər İli», 2020-ci ilin isə «Könüllülər İli» elan edilməsi gənclərə dövlətimizin diqqət və qayğısının bariz nümunəsidir. Azərbaycan gəncliyi bu diqqət və qayğıdan razılıqlarını fəaliyyətləri ilə ifadə edirlər. 
   Bir əsas məqamı da qeyd etmələyik ki, gənclər Ulu Öndər Heydər Əliyevin yaradıcısı olduğu Yeni Azərbaycan Partiyasının sıralarında da  böyük çoxluq təşkil edirlər. 800 minə yaxın üzvü  sıralarında birləşdirən  partiyanın üzvlərinin 40 faizi gənclərdir. Yeni Azərbaycan Partiyası gənclərin ictimai siyasi fəallığının artırılması, asudə vaxtlarının səmərəli təşkili, beynəlxalq əlaqələrin genişlənməsi, ümumiyyətlə ayrı-ayrı sahələr üzrə layihələrin həyata keçirilməsinə xüsusi diqqət yetirir.    Eyni zamanda, paytaxtda «Gənclər Mərkəzi»,  regionlarda isə «Gənclər evi» fəaliyyət göstərir. Bakı və Bakıətrafı qəsəbələrin, regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramları çərçivəsində görülən işlər sırasında bu mərkəzlərin və evlərin  sayının artırılması əsas məslə kimi öndə oldu.   

Ölkə Prezidenti İlham Əliyevin Fərmanı əsasında Gənclər Fondunun yaradılması, «Gənclər üçün Prezident Mükafatı»nın təsis edilməsi  də əhəmiyyətli addımlardandır. Məqsəd gənclərin hərtərəfli inkişafını, cəmiyyətin həyatında fəal iştirakını təmin etməkdir. Dövlət başçısı İlham Əliyev daim bu fikri xüsusi qeyd edir ki, gənclərimizin əksəriyyəti böyük qürur hissi ilə deyə bilərlər ki, onlar artıq müstəqillik illərində formalaşmış nəslə mənsubdurlar. Azərbaycançılıq məfkurəsi ruhunda tərbiyə almış bu nəsil dövlətimizin iqtisadi və mədəni inkişafında mühüm rol oynayaraq ildən-ilə potensialının gerçəkləşdirilməsi üçün daha geniş imkanlar əldə edir.

Ümumiyyətlə, gənclərimizin hər sahədə uğurları diqqətçəkəndir. Beynəlxalq yarışlarda Azərbaycanın bayrağını yüksəklərə qaldıran gənclərimiz bir daha təsdiqləyirlər ki, Azərbaycan kimi qüdrətli, zəngin ölkənin vətəndaşı olmaqdan qürur duyur, birliyimiz, həmrəyliyimiz  sarsılmazdır. Göstərilən etimadı qiymətləndirmək, etimada  sədaqətlə xidmət etmək gərəkdir.

Artıq 3 ildir ki, gənclərimizin bu günündən bəhs edərkən öncə tarixi Zəfərimiz göz önünə gəlir. 44 gülük İkinci Qarabağ müharibəsində şanlı Qələbəmiz Azərbaycan gənclərinin torpaq, Vətən sevgisini nümayiş etdirdi. Tarix yazaraq 30 ilin işğalına, torpaq həsrətinə son qoyan rəşadətli Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ərazi bütövlüyümüzü və tarixi ədaləti bərpa etdi. Bu gün azad Qarabağ və Şərqi Zəngəzur həyatının yeni dövrünü yaşayır. Azərbaycan xalqı, o cümlədən gənclərimiz Prezident İlham Əliyevin ətrafında sıx birləşərək Böyük Qayıdış proqramının icrasının uğurla başa çatmasına səy göstərir. Bu gün böyük fəxr hissi ilə qeyd edirik ki, bugünkü Azərbaycan Ümummilli Lider Heydər Əliyevin görmək istədiyi Azərbaycandır.

Gülər Kərimova,
​YAP Şabran rayon təşkilatının məsləhətçisi