27 avqust 2023 22:45
633

“Qarabağ” “Kəpəz”lə bərabərə qaldı

Bu gün Misli Premyer Liqasının 4-cü turu çərçivəsində “Qarabağ” “Kəpəz”i qəbul edib.

“İki sahil” xəbər verir ki, oyunun 9-cu dəqiqəsində “Qarabağ”ın futbolçusu Juninyo hesabı açıb. 86-cı dəqiqədə isə “Kəpəz”in futbolçusu Cavad Kərimov hesabı bərabərləşdirib.

Misli Premyer Liqası,

4-cü tur

27 avqust (bazar)

20:45. “Qarabağ” 1–1 “Kəpəz”

Qollar: Juninyo, 9 (1:0), Cavad Kərimov, 86 (1:1)

Hakimlər: Əli Əliyev, Zeynal Zeynalov, Vüsal Məmmədov, Rəvan Həmzəzadə

“Azersun Arena”