Bu gün Misli Premyer Liqasının 4-cü turu çərçivəsində "Neftçi" doğma meydanda "Qəbələ" ilə qarşılaşıb.
“İki sahil” xəbər verir ki, oyunun 45+3-cü dəqiqəsində Rəhman Hacıyev hesabı açaraq bakılıların fasiləyə üstün yollanmasını təmin edib. 79-cu dəqiqədə isə Yuri Matias “Neftçi”nin üstünlüyünü iki topa çatdırıb.
Misli Premyer Liqası,
4-cü tur
27 avqust (bazar)
18:30. “Neftçi” 2–0 “Qəbələ”
Qollar: Rəhman Hacıyev, 45+3 (1:0), Yuri Matias, 79 (2:0)
Hakimlər: Rəşad Əhmədov, Rahil Ramazanov, Şirmamed Mamedov, Rauf Allahverdiyev
"Neftçi Arena"