PSJ-nin yarımmüdafiəçisi Marko Verratti "Əl-Ərəbi"yə keçməyə yaxındır.
“İki sahil” "FootMercato"ya istinadən xəbər verir ki, Qətər klubu transferin şərtlərini Paris təmsilçisi ilə razılaşdırıb. İndi "Əl-Ərəbi" 30 yaşlı italiyalı oyunçunun özü ilə danışıqlar aparır.
Qeyd edək ki, Verratti 2012-ci ildən PSJ-də çıxış edir. O, bu mövsüm heç bir oyuna çıxmayıb.