Azərbaycanın yeniyetmə cüdoçusu Süleyman Şükürov Xorvatiyada keçirilən dünya çempionatında növbəti qələbəsini qazanıb.
“İki sahil” xəbər verir ki, 73 kq çəki dərəcəsində yer alan idmançı 1/8 finalda Qırğızıstan təmsilçisi Nurməhəmməd Muratovu üstələyib.
Şükürov növbəti mərhələdə italiyalı Lusio Tavoletta ilə üz-üzə gələcək.