Kiyev "Dinamo"sunun baş məşqçisi Mirça Luçesku Konfrans Liqasının pley-off mərhələsində "Beşiktaş"la ilk oyundan (2:3) sonra Türkiyə klubunun heyəti haqqında danışıb.
"İki sahil" "Nexus Sports"a istinadən xəbər verir ki, o, İstanbul təmsilçisində afrikalı futbolçuların çox olduğunu söyləyib: “Biz “Beşiktaş”la yox, Afrika millisi ilə oynadıq. Klubun yetirməsi olan11 oyunçumuzla onlara qarşı oynamaq çox çətin idi. Futbolçularımın təcrübəsizliyindən istifadə etdilər və qollar vurdular”.