25 avqust 2023 11:55
363

Dünya çempionatı: Azərbaycanın qız cüdoçuları fərdi mübarizəni bir medalla bitiriblər

Azərbaycanın yeniyetmə cüdoçusu Kamilla Toholiyeva Xorvatiyada keçirilən dünya çempionatında mübarizəyə başlayıb.

“İki sahil” xəbər verir ki, 63 kq çəki dərəcəsində çıxış edən idmançı 1/32 finalda albaniyalı Kasandra Kovacı ilə üz-üzə gəlib.

Toholiyeva rəqibinə məğlub olub.

Beləliklə, Azərbaycanın qız cüdoçuları turniri bir qızıl medalla başa vurublar. Yalnız 52 kq-da Xədicə Qədəşova fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Bu gün, həmçinin oğlanların mübarizəsində Süleyman Şükürov (73 kq) tatamiyə çıxacaq.