25 avqust 2023 10:52
304

"Bavariya" qapıçı transfer etdi

Təl-Əviv “Makkabi”sinin qapıçı Daniel Peretsi “Bavariya”ya transfer olunub.

“İki sahil” xəbər verir ki, bu barədə İsrail klubunun saytı məlumat yayıb.

Jurnalist Patrik Ştrasserin sözlərinə görə , transfer Münhen təmsilçisinə 6-7 milyon avroya başa gələcək.

Qey edək ki, 23 yaşlı israilli qolkiper “Makkabi”nin yetirməsidir və bu klubda 101 oyuna çıxıb.