25 avqust 2023 09:23
337

DÇ: Daha iki cüdoçumuz tatamiyə çıxacaq

Bu gün Azərbaycanın daha iki yeniyetmə cüdoçusu Xorvatiyada keçirilən dünya çempionatında mübarizəyə başlayacaq.

“İki sahil” xəbər verir ki, oğlanlardan 73 kq çəki dərəcəsində Süleyman Şükürov, qızlardan isə 63 kq-da Kamilla Toholiyeva tatamiyə çıxacaq.

73 kq

1/16 final. Süleyman Şükürov - Aminjon Abducalilzadə (Tacikistan) - Batur Mərdanov (Türkmənistan) cütünün qalibi

63 kq

1/32 final. Kamilla Toholiyeva - Kasandra Kovacı (Albaniya)

Qeyd edək ki, daha əvvəl Azərbaycan təmsilçilərindən Nihad Məmişov (50 kq), Xədicə Qədəşova (52 kq) qızıl, Məhəmməd Məmişov (50 kq), Məhəmməd Musayev (60 kq), Əbil Yusubov (66 kq) gümüş, Mirxaliq İskəndərov (55 kq) isə bürünc medal əldə edib.