25 avqust 2023 09:14
555

Misli Premyer Liqasında oyun günü

Bu gün Misli Premyer Liqasında 4-cü tura start veriləcək.

“İki sahil” xəbər verir ki, ilk oyun günündə 1 matç keçiriləcək. "Araz-Naxçıvan" "Sumqayıt"ı qəbul edəcək. Görüş saat 20:00-da başlayacaq.

Qeyd edək ki, 3-cü turun digər qarşılaşmaları 26-27 avqust tarixlərində keçiriləcək.

25 avqust (cümə)

20:00. “Araz-Naxçıvan” – “Sumqayıt”
Hakimlər: Kamal Umudlu, Cavanşir Yusifov, Asiman Əzizli, Kamranbəy Rəhimov
VAR: Əliyar Ağayev
AVAR: Vüqar Həsənli
“Dalğa Arena”

26 avqust (şənbə)

17:00. “Turan Tovuz” – “Səbail”
Hakimlər: Tural Qurbanov, Akif Əmirəli, Cəmil Quliyev, Nicat İsmayıllı
Tovuz şəhər stadionu

19:30. “Zirə” – “Sabah”
Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Kamran Bayramov, Fərid Hacıyev
Zirə İdman Kompleksinin stadionu

27 avqust (bazar)

18:30. “Neftçi” – “Qəbələ”
Hakimlər: Rəşad Əhmədov, Rahil Ramazanov, Şirmamed Mamedov, Rauf Allahverdiyev
"Neftçi Arena"

20:45. “Qarabağ”– “Kəpəz”
Hakimlər: Əli Əliyev, Zeynal Zeynalov, Vüsal Məmmədov, Rəvan Həmzəzadə

“Azersun Arena”