UEFA Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”ın Sloveniya klubu “Olimpiya” ilə səfər oyununun yayımı 69-cu dəqiqədən başlayıb.
“İki sahil” xəbər verir ki, yayım hüququna malik olan “İdman Azərbaycan” kanalı qarşılaşmanı tamaşaçılara məhz həmin dəqiqədən etibarən təqdim edir.
Yayımın gec baş tutmasının səbəbi texniki problemlər olub.
Qeyd edək ki, hazırda son dəqiqələri gedən görüşdə “Qarabağ” 2:0 hesabı ilə öndədir.