24 avqust 2023 23:24
393

İdman TV "Qarabağ"ın matçını niyə yayımlamır? - Açıqlama

İdman TV “Qarabağ”ın Sloveniyada yerli “Olimpiya”ya qarşı keçirdiyi UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk oyununun yayımlanmamasının səbəbini açıqlayıb.

“İki sahil” xəbər verir ki, kanal Feysbuk səhifəsi vasitəsilə paylaşım edib.

Bildirilib ki, matçın yayımlanmaması texniki problemlə əlaqədardır: “Əziz izləyicilər, texniki xəta səbəbilə “Olimpiya” – “Qarabağ” görüşünü yayımlaya bilmirik. Lyublyanadan yayımın ötürülməsində ciddi problem ortaya çıxıb. Baş verən hadisədən dolayı təəssüflənirik. Diqqətiniz üçün təşəkkür edirik!”