24 avqust 2023 23:09
399

“Qarabağ” “Olimpiya”ya qarşı - Yenilənir

“Qarabağ” bu gün növbəti avrokubok oyununa çıxacaq.

“İki sahil” xəbər verir ki, Azərbaycan çempionu Avropa Liqasının pley-offunda ilk matçını keçirəcək.

Qurban Qurbanovun çalışdırdığı kollektiv Sloveniya çempionu “Olimpiya”nın qonağı olacaq. Çempionlar Liqası ilə vidalaşan rəqiblərin dueli Lyublyanada baş tutacaq.

Qeyd edək ki, bu komandalar arasında cavab matçı avqustun 31-də Bakıda keçiriləcək.

Avropa Liqası Pley-offun ilk oyunu

24 avqust 22:00. “Olimpiya” – “Qarabağ” Baş hakim: Georgi Kabakov (Bolqarıstan).Lyublyana.

“Stojitse” stadionu.

***

Matç başladı.

"Qarabağ" hesabı açdı, Kevin Medina fərqləndi.

***

“Qarabağ”la Sloveniyanın “Olimpiya” klubu arasında Lyublyanada keçirilən UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk oyununda ikinci hissə başlayıb.

“Stojitse” stadionunda baş tutan qarşılaşmada ilk yarıdan sonra Azərbaycan təmsilçisi 2:0 hesabı ilə öndədir.

Ağdam klubunun heyətində 32-ci dəqiqədə Kevin Medina, 44-cü dəqiqədə isə Leandro Andrade fərqləniblər.