Azərbaycanın qız cüdoçusu Xədicə Qədəşova Xorvatiyada keçirilən dünya çempionatında yarımfinala yüksəlib.
“İki sahil” xəbər verir ki, 52 kq çəki dərəcəsində çıxış edən idmançı 1/4 finalda braziliyalı Rafaela Rodrigesə qalib gəlib.
Qədəşova bu raundda Almaniya təmsilçisi Maya Toszegi ilə üz-üzə gələcək.