23 avqust 2023 16:47
324

“Turan Tovuz” stadion problemini həll etdi

“Turan Tovuz” stadion problemini həll edib.

Klubdan “İki sahil”ə verilən məlumata görə, Tovuz Şəhər Stadionunda VİP sektor yenidən istifadəyə verilib.

Əsas tribunada olan VİP sektordan oyunları izləmək istəyən azarkeşlər 5 manatlıq bilet almalıdırlar.

Qeyd edək ki, “Turan Tovuz” cari mövsüm Premyer Liqada ilk ev oyununu IV tur çərçivəsində “Səbail”ə qarşı keçirəcək. Görüş avqustun 26-da baş tutacaq.