Azərbaycanın daha iki yeniyetmə cüdoçusu Xorvatiyada keçirilən dünya çempionatında 1/4 final mərhələsinə vəsiqə qazanıb.
“İki sahil” xəbər verir ki, 50 kq çəki dərəcəsində çıxış edən Nihad Məmişov macarıstanlı Bence Qaloya, 55 kq-dakı Mirxaliq İskəndərov isə Monqolustan təmsilçisi Munx-Orgil Suvd-Erdeneyə qalib gəlib.
Daha əvvəl 50 kq-dakı Məhəmməd Məmişov da eyni nəticəni göstərib.