23 avqust 2023 14:44
262

3 cüdoçumuz məğlub olub- Dünya çempionatı

Azərbaycanın yeniyetmə cüdoçusu Ayxan Mirzəzadə Xorvatiyada keçirilən dünya çempionatında növbəti görüşünə çıxıb.

“İki sahil” xəbər verir ki, 55 kq çəki dərəcəsində mübarizə aparan idmançı 1/16 final mərhələsində Qazaxıstan təmsilçisi Oralbek Bayzakla üz-üzə gəlib.

Rəqibinə uduzan Mirzəzadə fərdi yarışda çıxışını başa vurub.

Daha əvvəl qızlardan Nigar Məmişova (40 kq) və Məryəm Bayramzadə (44 kq) uğursuzluqla üzləşib.