"Barselona"nın baş məşqçisi Xavi tezliklə klubu ilə yeni müqavilə imzalayacaq.
“İki sahil” xəbər verir ki, tərəflər transfer pəncərəsi bağlandıqdan sonra müqavilənin detallarını müzakirə etməyə başlayacaqlar.
Kataloniya təmsilçisi mütəxəssisin maaşını artırmaq niyyətindədir.
Xavi 2021-ci ilin sonunda "Barselona"ya baş məşqçisi təyin olunub. O, bu müddət ərzində komanda ilə İspaniya çempionatı və İspaniya Superkubokunu qazanıb.