22 avqust 2023 12:09
309

"Qarabağ"ın "Olimpiya" ilə oyunlarını bu kanal yayımlayacaq

"Qarabağ"ın Avropa Liqasının pley-offunda "Olimpiya" (Sloveniya) ilə oyunlarını canlı yayımlayacaq kanal müəyyənləşib.

“İki sahil” xəbər verir ki, matçlar "İdman TV" vasitəsi ilə açıq yayımla nümayiş olunacaq.

Qeyd edək ki, "Qarabağ"ın "Olimpiya" ilə avqustun 24-ü səfərdə keçiriləcək ilk matçı Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Bir həftə sonra Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq cavab görüşü isə saat 20:00-da start götürəcək.