22 avqust 2023 10:55
277

UEFA-dan Barış Şimşekə təyinat

AFFA-nın Hakimlər Komitəsinin sədri Barış Şimşek UEFA tərəfindən növbəti təyinat alıb.

"İki sahil" AFFA-nın saytına istinadən xəbər verir ki, UEFA Avropa Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunları çərçivəsində  keçiriləcək “Hearts” (Şotlandiya) – PAOK (Yunanıstan) oyununun hakim-inspektoru olacaq. 

Qeyd edək ki, sözügedən matç avqustun 24-də oynanılacaq.