22 avqust 2023 10:10
319

Andrey Lunyovun meneceri: Rusiya və Avropa klublarından təkliflər var idi

“Qarabağ”la müqavilə üçün Bakıya gələndə başqa klubdan təklif aldıq”.

“İki sahil” xəbər verir ki, bunu “Qarabağ”ın yeni transferi Andrey Lunyovun meneceri Anton Smirnov “sport24.ru” saytına açıqlamasında deyib.

O bildirib ki, Azərbaycan çempionu ilə yanaşı, başqa klublardan da təklifləri olub: “Rusiya və Avropa klublarından təkliflər var idi. Avropa komandalarından son təklifi alanda Bakıda idik. Artıq gecikmişdilər. Çünki yarım saat sonra “Qarabağ”la müqavilə imzalayacaqdıq. Bu üzdən təklifi nəzərdən keçirmədik”.

Qeyd edək ki, Andrey Lunyov “Qarabağ”la 1+1 illik müqavilə imzalayıb.