Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Almaniyanın Düsseldorf şəhərində keçirilən Avropa çempionatında bu gün növbəti oyununa çıxacaq.
“İki sahil” xəbər verir ki, Ataman Güneyligilin yetirmələri yer aldıqları C qrupunun 4-cü matçında Yunanıstanla qarşılaşacaqlar.
İlk üç turdan sonra hər iki komandanın hesabında 3 xal olduğundan, növbəti mərhələyə vəsiqə uğrunda gərgin mübarizə yaşanacaq. Görüş Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.
Bu gün qrupun digər qarşılaşmasında ev sahibi Almaniya yığması Çexiyanı (22:00) sınağa çəkəcək.
Qeyd edək ki, qrupun dünən keçirilən oyunlarında Türkiyə Çexiyanı, İsveç isə Almaniyanı 3:1 hesabı ilə məğlub edib.
|
Komandalar |
O |
Q |
M |
T-F |
X |
|
|
1 |
Türkiyə |
3 |
3 |
0 |
9-1 |
9 |
|
2 |
Almaniya |
3 |
2 |
1 |
7-4 |
6 |
|
3 |
Azərbaycan |
3 |
1 |
2 |
4-6 |
3 |
|
4 |
Çexiya |
3 |
1 |
2 |
4-6 |
3 |
|
5 |
İsveç |
3 |
1 |
2 |
4-7 |
3 |
|
6 |
Yunanıstan |
3 |
1 |
2 |
3-7 |
3 |