21 avqust 2023 14:00
317

Parataekvondoçumuz beynəlxalq turnirdə qızıl medal qazanıb

Azərbaycan təmsilçisi İmaməddin Xəlilov Koreyanın Çunçeon şəhərində keçirilən dünya açıq parataekvondo turnirində qızıl medal qazanıb.

Azərbaycan Milli Paralimpiya Komitəsindən “İki sahil”ə verilən məlumata görə, 70 kq çəki dərəcəsində çıxış edən idmançı bütün rəqiblərini qabaqlayaraq, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Qeyd edək ki, İmaməddin Xəlilov daha əvvəl Niderlandın Rotterdam şəhərində keçirilmiş Avropa çempionatında da eyni nəticəni göstərib.