20 avqust 2023 23:23
288

Avropa çempionatı: Millimiz uduzdu

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatında növbəti oyununu keçirib.

“İki sahil” xəbər verir ki, Ataman Güneyligilin baş məşqçi olduğu komanda Türkiyə yığması ilə üz-üzə gəlib.

Qarşılaşma Azərbaycan kollektivinin 0:3 (13:25, 13:25, 13:25) hesablı məğlubiyyəti ilə bitib.

Qeyd edək ki, milli ilk matçında Çexiyaya 3:0 hesabı ilə qalib gəlib, ikinci görüşdə Almaniyaya uduzub 1:3.