20 avqust 2023 21:59
323

Bakı derbisində qalib müəyyənləşmədi

Misli Premyer Liqasında 3-cü turu çərçivəsində “Sabah” “Neftçi”ni qəbul edib.

“İki sahil” xəbər verir ki, Bakı derbisində hesabı “Sabah” açıb. Oyunun 43-cü dəqiqəsində Boyan Letiç  topu qapıdan keçirib. 49-cu dəqiqədə isə Con İrasabal avtoqola imza ataraq hesabı bərabərləşdirib – 1-1.

Oyunda başqa qol vurulmayıb.

Misli Premyer Liqası,

3-cü tur

20 avqust (bazar)

20:00. “Sabah” 1–1 “Neftçi”

Qollar: Boyan Letiç, 43 (1:0), Con İrasabal, 49-avtoqol (1:1)

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Elşad Abdullayev, Rauf Cabarov

“Bank Respublika Arena”