20 avqust 2023 21:38
303

Azərbaycan cüdoçusu Qran-pridə bürünc medal qazanıb

Azərbaycan cüdoçusu Uşanqi Kokauri Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Qran-pridə bürünc medal qazanıb.

“İki sahil” xəbər verir ki, +100 kq çəki dərəcəsində çıxış edən idmançı 3-cü yer uğrunda görüşdə fransalı Amadau Meyteyə qalib gəlib.

Bununla da Qran-priyə yekun vurulub. Daha əvvəl Əhməd Yusifov 60 kq çəki dərəcəsində gümüş mükafata yiyələnib.