20 avqust 2023 20:02
538

“Qarabağ”dan növbəti qələbə

Misli Premyer Liqasında 3-cü turu çərçivəsində “Qarabağ” “Araz-Naxçıvan”ı qəbul edib.

“İki sahil” xəbər verir ki, qarşılaşmanın 15-ci dəqiqəsində meydan sahiblərinin futbolçusu Adama Diakabi hesabı açsa da, oyunun 56-cı dəqiqəsində naxçıvanlılar hesabı bərabərləşdiriblər. Miço Kuzmanoviç “Araz-Naxçıvan”ın bərabərlik qolunun müəllifi olub.

Matçın 90+5-ci dəqiqəsində fərqlənən qarabağlıların futbolçusu Abdullah Zubir oyunda son nöqtəni qoyub – 2-1.

Misli Premyer Liqası,

3-cü tur

20 avqust (bazar)

18:00. “Qarabağ” 2–1 “Araz-Naxçıvan” - 1:0

Qollar: Adama Diakabi, 15 (1:0), Miço Kuzmanoviç, 56 (1:1), Abdullah Zubir, 90+5 (2:1)

Hakimlər: Nicat İsmayıllı, Cəmil Quliyev, Eyyub İbrahimov, Kamal Umudlu

“Azərsun Arena”