“Əl-Hilal”ın baş məşqçisi Jorje Jesus bildirib ki, hücumçu Neymar yaxın vaxtlarda yeni klubunda debüt edə bilməyəcək.
“İki sahil” goal.com-a istinadən xəbər verir ki, o deyib: "Neymar komandaya zədəli vəziyyətdə gəldi. Kiçik əzələ problemi var. Onun nə vaxt qayıdacağı, oynamağa və məşq etməyə hazır olacağını dəqiq bilmirəm".
Xatırladaq ki, Neymar Səudiyyə Ərəbistanı klubu ilə 2 illik müqavilə imzalayıb.