20 avqust 2023 03:17
389

Fransa Liqa 1: PSJ “Tuluza”nı uda bilmədi

PSJ futbol üzrə Fransa Liqa 1-də II turu da qələbəsiz başa vurub.

“İki sahil” xəbər verir ki, ilk turda öz meydanında “Loryan”la heç-heçə edən Paris klubu bu dəfə səfərdə “Tuluza”ya güc gələ bilməyib - 1:1.

Kilian Mbappenin 62-ci dəqiqəsində hesabı açdığı qarşılaşmada son nöqtəni 87-ci dəqiqədə Zakaria Abuxlal qoyub.

PSJ hazırda iki xalla səkkizinci pillədə qərarlaşıb. Xallarını dördə çatdıran “Tuluza” üçüncüdür.